Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyət qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın bütün hava limanlarında təyyarələrin qalxması və enişinə məhdudiyyət tətbiq edilib.
BAKU.WS Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər "Vnukovo", "Domodedovo", "Şeremetyevo" və "Jukovski" hava limanlarına şamil olunub.
Qərarın uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilib. Məhdudiyyətlərin səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Belə məhdudiyyətlər uçuşların gecikməsinə və ya ləğvinə səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Moskva istiqamətində uçan 10-a yaxın pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...