Moskvada anomal istilər gözlənilir

Moskvada bu həftəsonu havanın temperaturu 28 dərəcəyədək yüksələcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, 24 və 25 may tarixlərində gündüz saatlarında havanın temperaturu 25-28 dərəcə isti olacaq. Sinoptik bildirib ki, gələn həftə də anomal isti hava şəraiti davam edəcək. "Soyuq may ayının sonuna doğru təbii "yayın zirvəsi" gəlir", – deyə o vurğulayıb.
Tişkovets həmçinin qeyd edib ki, mayın 22-də Moskvada meteoroloji yay başlayıb – bu, təqvim yayından 10 gün əvvəl baş verib. Paytaxtın VDNX meteoroloji stansiyasında temperatur 23,3 dərəcəyə, mərkəzdəki Balçuq stansiyasında isə 24,3 dərəcəyə çatıb. Bu göstəricilər iyun və iyul aylarına xas temperatur sayılır.
Oxşar xəbərlər
Nigeriya ordusu ilə "Boko Haram" arasında toqquşma: 15 terrorçu məhv edildi
Nigeriyanın Borno əyalətində ordu qüvvələri ilə terror təşkilatı "Boko Haram" üzvləri arasında şiddətli toqquşma baş verib. BAKU.WS xəbər verir ki, Hadin Kai Əm...
