Moskva 111 ildən sonra isti hava rekordu ilə üz-üzə
Moskvada bu günə olan isti hava 111 ildən sonra ilk dəfə göstəricini yeniləyərək rekord qırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz Telegram kanalında bildirib.
Paytaxtın əsas meteoroloji stansiyasında, VDNX ərazisində, saat 6:00-da havanın temperaturu +3,5 dərəcə qeydə alınıb.
Bundan 111 il əvvəl yəni, 1914-cü ildə isə bu göstərici +3,0 dərəcə olub,
Sinoptik xəbərdarlıq edib ki, gün ərzində temperatur +6 dərəcəyə qədər yüksələ bilər.
"Yanvarın son həftəsi metropoliyada aprel havası ilə başlayıb və bu günün temperaturu yeni rekorda start verdi," - deyə Tişkovets əlavə edib.
Oxşar xəbərlər
Dünya Bankı: Cənubi Asiya əhalisinin 90%-i 2030-cu ilə qədər həddindən artıq istilər təhlükəsi ilə üzləşəcək
Dünya Bankının bazar ertəsi günü apardığı yeni bir araşdırmada 2030-cu ilə qədər Cənubi Asiya əhalisinin təxminən 90%-i həddindən artıq isti, təxminən dörddə bi...