Minlərlə insan sincaba görə işıqsız qaldı - SƏBƏB

Minlərlə insan sincaba görə işıqsız qaldı - SƏBƏB
Foto
Dünya 148

Kanadanın Toronto şəhərinin mərkəzində baş verən genişmiqyaslı elektrik kəsintisinə səbəb gözlənilməz bir hadisə olub – sincab transformatora toxunaraq minlərlə insanı və müəssisəni işıqsız qoyub. Elektrik kəsintisi dünən yerli vaxtla saat 14:00 radələrində qeydə alınıb. Hydro One elektrik şirkəti hadisənin John Street və Wellington Street West yaxınlığında yerləşən John Elektrik Stansiyasında baş verdiyini açıqlayıb.

Elektrik enerjisi təxminən üç saat sonra, saat 17:00 civarında bərpa olunub.

BAKU.WS  xəbər verir ki, şirkət sosial media hesabında verdiyi açıqlamada, sincabın stansiyadakı transformatorlardan birinə toxunaraq şitin yanmasına səbəb olduğunu bildirib. Hydro One heyvanların stansiyaya daxil olmasının qarşısını almaq üçün müxtəlif maneələrin olduğunu, lakin gələcəkdə bu cür halların təkrarlanmaması üçün əlavə tədbirlərin görüləcəyini qeyd edib.

Qeyd edək ki, bu, kemiricilərin Torontoda genişmiqyaslı elektrik kəsintisinə səbəb olduğu ilk hal deyil. Keçən ilin may ayında George Street və King Street East ərazisində sincab transformatora toxunaraq yanğına və ardınca elektrik kəsintisinə səbəb olmuşdu.

Son xəbərlər