Meyitləri parçalayıb təcrübə aparan qadın saxlanıldı

Meyitləri parçalayıb təcrübə aparan qadın saxlanıldı
Dünya 198

ABŞ-nin Texas ştatında dəhşət doğuran bir hadisə yaşanıb. "Capital Mortuary Services" adlı dəfn evində çalışan 50 yaşlı Adeline Nqan-Binh Bui meyitlər üzərində təcrübələr aparmaq və ürpədici fotolar çəkməkdə ittiham olunaraq həbs edilib.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Bui azı 15 meyitə müdaxilə edib və etik normalara zidd davranışlar sərgiləyib. Keçmiş mumiyalama mütəxəssisinin ifadəsinə əsasən, Bui öz adına qanunsuz şəkildə 10 ölüm şəhadətnaməsi hazırlayıb və parçalanmış insan orqanlarına formaldehid maddəsi yeridib. Formaldehid təhlükəli kimyəvi maddə kimi tanınır və müəyyən nadir xərçəng növləri ilə əlaqələndirilir.

Texas Dəfn Xidmətləri Komissiyası baş verən hadisələrlə bağlı 10 aprel tarixində həmin dəfn evinin fəaliyyətini dayandırıb. Araşdırmalarda Bui-nin meyitlərin parçalanmış qollarının müxtəlif çürümə mərhələlərində fotolarını çəkdiyi və bunları bir tibb mərkəzi ilə paylaşdığı müəyyən edilib.

Polisin Bui-nin evində apardığı axtarış zamanı insan toxumasına bənzər qalıqlar olan məişət elektrik cihazları aşkarlanıb. Bui, həmin cihazların dəfn evində meyitlər üzərində istifadə olunduğunu etiraf edib.

Bui-nin hüquqşünasları isə ilk açıqlamasında "Ədalət sistemi təqsirsizlik prezumpsiyasına əsaslanır" ifadəsini işlədiblər.

Adeline Ngan-Binh Bui "meyitlərə qarşı təhqiramiz davranış" və "rəsmi sənədlərdə saxtakarlıq" kimi ağır ittihamlarla məhkəmə qarşısına çıxacaq. Bu sarsıdıcı hadisə Texasda böyük rezonans doğurub və dəfn xidmətləri sahəsindəki etik standartlar və nəzarət mexanizmləri ilə bağlı ciddi suallar yaradıb.

Son xəbərlər