Məşhur musiqiçi intihara cəhd edən qadını belə qurtardı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur musiqiçi Con Bon Covi intihara cəhd edən qadını fikrindən daşındırıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, məşhur amerikalı musiqiçi Con Bon Covi Amerika Birləşmiş Ştatalarının Tennessi ştatında körpüdə intihara cəhd edən qadını hərəkətindən əl çəkməyə razı salıb.
Yerli polis video çəkmək üçün körpüdə olduğu güman edilən Covinin intihara cəhd edən qadını razı saldığı anların görüntülərini yayımlayıb.
Səsyazmalarda Covinin körpünün məhəccərlərində dayanan qadına yaxınlaşaraq onunla söhbət etməsi aydın eşidilir.
Maraqlıdır ki, bu söhbətdən sonra qadın məhəccərləri tərk edərək Covini qucaqlayıb və hadisə yerindən uzaqlaşıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...