Məşhur müğənni Britni Spirs saxlanılıb
Məşhur amerikalı müğənni Britni Spirs Kaliforniya ştatında sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Hadisənin martın 4-ü axşam saatlarında baş verdiyi bildirilir. Yerli vaxtla saat 21:30 radələrində yol patrul xidməti pop ulduzunun avtomobilini saxlayıb. Gecə saat 03:00-a yaxın isə onun saxlanılması "Ventura County Sheriff's Office" tərəfindən rəsmi şəkildə rəsmiləşdirilib.
Məlumata görə, səhər saat 06:00-da müğənni sərbəst buraxılıb. Bundan sonra o, qanında alkoqol səviyyəsinin müəyyənləşdirilməsi üçün xəstəxanaya aparılıb.
Sənətçinin nümayəndəsi Kate Hudson "Page Six" nəşrinə açıqlamasında bildirib ki, baş verən hadisə xoşagəlməz və bağışlanmazdır. Onun sözlərinə görə, Britni Spirs bundan sonra qanunlara uyğun davranmağa çalışacaq və bu hadisənin həyatında müsbət dəyişikliklər üçün başlanğıc olacağına ümid edir.
Oxşar xəbərlər
Kolumbiyada 7.4 maqnitudalı zəlzələdə ölənlərin sayı 132-ə çatıb
Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb. BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı 700-dən çox insan yara...