Məşhur blogger yemək yeyərkən boğulub öldü
Yeddi milyona yaxın abunəçisi olan və "Killadamente" adı ilə tanınan amerikalı blogger Karol Akosta yeməkdən boğularaq 27 yaşında ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" qəzeti məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 3-də Nyu-Yorkda ailə yeməyi zamanı yeməkdən boğularaq ölüb. Bu məlumatı onun bacısı sosial şəbəkələrdə təsdiqləyib.
"Allaha şükür edirəm ki, mənə sənin kimi böyük ürəyə sahib bir bacı verdi. Rahat yat, bacım", - deyə qız yazıb.
Bloggerin əmisi oğlunun sözlərinə görə, nahar zamanı o, qəfildən boğulmağa başlayıb.
Akosta təcili xəstəxanaya çatdırılsa da, həkimlər onu həyata qaytara bilməyiblər. Qızın ailəsi itkidən dərin kədərləndiyini bildirib və qeyd edib ki, blogger öz fəaliyyəti ilə minlərlə insana kömək edə bilib.
Qalereya
Oxşar xəbərlər
Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbini açıqladı
Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi ilk növbədə Tbilisiyə zərər verə biləcəyi ilə izah olunub. BAKU.WS xəbər verir ki, bu bəyanatla Gürcüsta...