Məmmədəli Ağayevə ittiham irəli sürülüb
29
avq
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev barəsində cinayət işi açılıb.
Moskva prokurorluğunun yaydığı məlumata görə, ona xüsusilə böyük məbləğdə dələduzluq ittihamı irəli sürülüb.
İddiaya əsasən, Ağayev bir qrup şəxslə birgə icra olunmuş işlər barədə saxta sənədlər tərtib edərək, təxminən 20 milyon rubl vəsaiti mənimsəyib.
Hazırda istintaq prosesi davam edir və yaxın günlərdə onun barəsində qətimkan tədbiri seçilməsi gözlənilir.
Oxşar xəbərlər
Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi
Nigeriyada yol qəzası nəticəsində öldüyü bildirilən motosikletçi meyitxanada gözlənilmədən ayılıb. Kişinin özünə gəldikdən sonra ilk istəyinin siqaret və alışqa...