Kursk yaxınlığında 200 ukraynalı əsgər əsir düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin (USQ) 200-ə yaxın əsgəri 4 gün ərzində Kursk yaxınlığında könüllü təslim olublar.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, əsir düşən ukraynalı hərbçilərin əksəriyyəti keçmiş məhbuslar, milli batalyonların üzvləri, Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) və Ukrayna Hava Desant Qoşunlarının (HDQ) hərbçiləridir.
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, iki gün ərzində ordu qüvvələri Kursk vilayətində Snaqost və Apanasovka da daxil olmaqla, on yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər. Ukrayna hərbçilərinin əhəmiyyətli bir hissəsi bu əraziləri təmizləyərkən əsir götürülüb və onlar düşmənlə faktiki olaraq heç bir birbaşa döyüş aparmadan Rusiya Silahlı Qüvvələrinə təslim olublar.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...