Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib.
BAKU.WS xəbər verir ki, ekran əsəri hazırda dünya kinoteatrlarında böyük maraqla qarşılanır və gəlirlərinə görə yalnız "Hörümçək adam: Yeni gün" filmindən geri qalır.
Bununla da "Odisseya" 2026-cı ildə 1 milyard dollar gəlir həddini keçən beşinci film olub. Eyni zamanda ekran əsəri Nolanın "Oppenheymer" filmini geridə qoyaraq rejissorun karyerasında ən çox gəlir gətirən üç film sırasına daxil olub.
Kino analitiklərinin proqnozuna görə, "Odisseya"nın ümumi kassa gəlirlərinin 1,5 milyard dollara çatacağı gözlənilir. Bununla belə, filmin 2026-cı ilin ən çox gəlir əldə edən ekran əsəri olması ehtimal edilmir.
Oxşar xəbərlər
İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir
İtaliya höküməti addımı ilə təəccübə səbəb olub. "Giuseppe Garibaldi" adlı təyyarə daşıyan gəmini heç bir ödəniş tələb etmədən İndoneziyaya verib. BAKU.WS xəbə...