İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi".
Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı.
Oxşar xəbərlər
Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB
Azərbaycandan Fransaya saxta pasportla getmək istəyən əcnəbi saxlanılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı aeroportunda baş verib. Mərakeş...