Krımda ukraynalı iş adamlarının əmlakı milliləşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Krımda ukraynalı iş adamlarına məxsus 720-dən çox mülk milliləşdirməyə hazırlanır.
BAKU.WS xəbər verir ki, bu barədə cümə axşamı, fevralın 13-də Redpublikanın Dövlət Şurasının sədri Vladimir Konstantinov məlumat verib.
"Biz Krımı bu infeksiyadan tamamilə təmizləyəcəyik və düşmənlərimizin bizdən pul qazanmasına imkan verməyəcəyik. Bu obyektlərin satışından əldə etdiyimiz pulu əsgərlərimizə, onların ailələrinə və Krımın inkişafına xərcləyəcəyik", - deyə o qeyd edib.
Bildirilib ki, onların arasında Krım pivə və sərinləşdirici içkilər zavodu, Nemo delfinariyası, Saki mineral suları və Zeleni Mys sağlamlıq kurort kompleksi kimi iri müəssisələr var.
Ukrayna oliqarxlarının milliləşdirilmiş aktivlərinin satışından Krım büdcəsinə artıq 2 milyard rubldan çox vəsait daxil olub.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...