Kolumbiyada narkokartelin liderlərindən biri zərərsizləşdirilib
Kolumbiya Silahlı Qüvvələri "Körfəz klanı" narkokartelinin hədəflərinə aviazərbələr endirib, ölkənin ən böyük cinayətkar qruplaşmasının liderlərindən biri öldürülüb.
"Report"un xəbərinə görə, bu barədə Kolumbiya prezidenti Qustavo Petro "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, əməliyyat Antiokiya departamentinin Seqoviya şəhərində həyata keçirilib:
"Hava zərbələri nəticəsində narkotik kartelin doqquz üzvü öldürülüb, biri saxlanılıb, 13 tüfəng isə müsadirə edilib. Ölənlər arasında "Hitler" ləqəbli lider Manuel Aleksander Arisa Rosario və "Neym" ləqəbli müavin Hayro Xulio de Oyos da var".
Oxşar xəbərlər
İran XİN-dən Müctəba Xamenei ilə bağlı AÇIQLAMA
"İranın yeni Ali Lideri Müctəba Xamenei vəzifəsini icra edir və onunla bağlı heç bir problem yoxdur". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İranın xar...