Kobaxidze Aİ-nin Gürcüstanı tənqid etməsinə şərh verib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) Gürcüstanı daim tənqid edir, lakin Ukrayna və Moldovanı tərifləyir, halbuki orada bir-birinin ardınca telekanallar və partiyalar bağlanır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazir Avropa İttifaqının Gürcüstanın Aİ-yə qəbulunun bloklanmasına dair bəyanatını obyektiv hesab etməyib. Bildirib ki, halbuki Moldova və Ukrayna müsbət qiymətlər alıb.
"Ukrayna və Moldovada nə media plüralizmi var, nə də siyasi plüralizm, korrupsiya inkişaf edir, ciddi problemlər mövcuddur, institutlar son dərəcə zəiflədilib. Əsas məsələ obyektivlikdir, bunu cəmiyyət görmür", - o vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...