Kadırovun oğluna yeni vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov yeni vəzifəyə təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Əhməd Kadırov özü teleqram kanalında yazıb.
Çeçenistan hökumətində baş nazirin müavini vəzifəsini tutan Əhməd Kadırov bundan sonra respublikada təhsil sahəsinə kuratorluq edəcək.
O, təyinatla bağlı açıqlamasında bildirib:
"Təhsil sahəsi cəmiyyətimizin və dövlətimizin inkişafında hər zaman əsas təməl daşlarından biri olub və olaraq qalır".
Qeyd edək ki, daha əvvəl Ramzan Kadırov oğlu Adamın yol-nəqliyyat hadisəsində iştirak etməsi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib. Respublika rəhbəri bu məlumatları əsassız şayiə adlandırıb.
Oxşar xəbərlər
Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı
Rusiya Prezidenti Vladimir Putin ordunun şəxsi heyət sayının artırılmasına dair fərman imzalayıb. Yeni qərarla Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyəti 2...