Kadırovun oğlu Rusiyada nasizmə qarşı mübarizədan danışdı
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adam Kadırov Rusiyanın daxilində nasizmə və nifrət ideologiyasına qarşı mübarizənin vacibliyini qeyd edib.
BAKU.WS xəbər verir ki, A.Kadırovun sözlərini "Çeçnya segodnya" nəşri yayıb.
Belə ki, Adam Kadırov bu fikirləri Odintsovo yaxınlığında yerləşən Moskvaətrafı məktəbdə baş verən qətliama münasibət bildirərkən səsləndirib. Hadisəni 15 yaşlı şagird Timofey K. törədib və qurban məktəbin aşağı sinif şagirdi Kobiljon A. olub.
Onun sözlərinə görə, informasiya məkanında illərlə Mərkəzi Asiya və Qafqazdan olan insanlara qarşı nifrət toxumu səpilir və dözümsüzlük təbliği yeniyetmələri şərin alətinə çevirir.
"Bu gün Rusiya xarici sərhədlərdə nasizmə qarşı mübarizə aparır. Biz imkan verməməliyik ki, eyni yad və cinayətkar ideologiya ölkə daxilində baş qaldırsın",-deyə Adam Kadırov əlavə edib.
O düşmənçiliyin dalğasının qarşısını almaq niyyətində olduğunu bildirib və bunu bütün rusiyalıların ümumi vəzifəsi adlandırıb.
Oxşar xəbərlər
Dünya üzrə sağlamlıq səviyyəsi yüksək olan ölkələr açıqlandı
Yeni qlobal araşdırmalara görə, dünyanın ən sağlam ölkələri yalnız tibbi xidmətin keyfiyyəti ilə deyil, həm də balanslı qidalanma, aktiv həyat tərzi və güclü pr...