İsrailin Livanda peycerləri necə minalaya biləcəyi məlum olub
İsrailin Livanda peycerləri necə minalaya biləcəyi məlum olub
BAKU.WS xəbər verir ki, "Reuters" bu barədə Livan təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yazır.
Agentliyin həmsöhbətlərinin fikrincə, İsrail kəşfiyyatı peycerlərdə üç qrama qədər partlayıcı maddə olan dövrə lövhəsi yerləşdirə bilərdi.
Bunu istənilən vasitə ilə, hətta istənilən cihaz və ya skanerlə aşkar etmək çox çətindir", - mənbə bildirib.
Keçmiş amerikalı kəşfiyyatçı Edvard Snouden qeyd edib ki, Livandakı kütləvi partlayış haker hücumu deyil, onların içərisinə quraşdırılmış partlayıcı qurğuların işə salınması nəticəsində baş verə bilərdi. Bunu qurbanların aldığı ağır xəsarətlər sübut edə bilər.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə keçirdiyi silsilə görüşlər çərçivəsində Hizbullah üzvlərinin peycerlərinin məhv edilməsi əməliyyatına şəxsən icazə verib. Jurnalistlərin fikrincə, Təl-Əviv hərəkatla qarşıdurmanı yeni mərhələyə keçirməyə ümid edirdi.
Peycerlərin kütləvi partlaması çərşənbə axşamı, sentyabrın 17-də məlum olub. Beyrutun cənub ətraflarında və ölkənin digər bölgələrində minlərlə insan yaralanıb, azı 9 nəfər ölüb. Bəzi mənbələrə görə, cihazların partlaması "yüksək texnologiyanın təsiri" səbəbindən baş verib.
Oxşar xəbərlər
Çində 83 milyard dollar dəyərində qızıl ehtiyatı olan mədən tapıldı
Çin Xunan şəhərində 83 milyard dollar dəyərində qızıl ehtiyatı tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sözügedən məbləğ 600 milyard...