İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 294-ə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, İsrailin hücumları 1023 nəfərin yaralanmasına səbəb olub.
Təkcə İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Ölənlər arasında Livan ordusunun üç hərbçisi də var.
Daha əvvəl ölkənin səhiyyə naziri Nasir ad-Din "Al Mayadeen" televiziyasına verdiyi açıqlamada ölənlərin sayının 250-ni keçdiyini və 600-dən çox livanlının yaralandığını bildirmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...