İsrailin İranın nüvə obyektinə hava zərbəsi endirib

İsrailin İranın nüvə obyektinə hava zərbəsi endirib
Dünya 501

İsrailin İrana hücumu bu gün də davam edib.

BAKU.WS "The Times of Israel"mənbəsinə istinadən xəbər verir ki, İsrail hərbi hava qüvvələri 13 iyun 2025-ci ildə axşam saatlarında İranda yerləşən "Fordow" yeraltı uran zənginləşdirmə obyektinə hava zərbəsi endirib. Bu barədə İran dövlət mediası iki güclü partlayış səslərinin eşidildiyini və İsrail dronunun ərazidə vurulduğunu xəbər verib

Əməliyyat çərçivəsində məqsəd Natanz və digər nüvə obyektlərini vurmaq olmaqla yanaşı, "Fordow" da hədəfə daxil edilib . ABŞ-ın dəstəyi olmadan həyata keçirilən bu hücum "Operation Rising Lion" adı ilə tanınır və İsrail tərəfindən İranın nüvə potensialını məhdudlaşdırmaq məqsədi daşıyır

İran mənbələrində isə qeyd edilir ki, Tehran yaxınlığında müxtəlif ərazilərdə partlayış səsləri eşidilib.

Fars xəbər verir ki, yerin bir neçə yüz metr dərinliyində yerləşən Fordodakı nüvə obyekti ərazisində iki partlayış qeydə alınıb.

Həmçinin, məlumata görə, Həmədana da yeni zərbələr endirilib.

Oxşar xəbərlər

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng uşaq doğuldu

Türkiyədə ən nəhəng və uzun boylu uşaq doğulub.  BAKU.WS xəbər verir ki, Bursada doğulan Ali Atilla 6 kiloqram 150 qramdır. Onun boyun ölçüsü isə 59 santimetrdi...

260 Dünya 14:57 24 oktyabr 2025

Son xəbərlər