İsrail və Livan arasında atəşkəs razılaşmasının GİZLİ BƏNDİ
İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minən kimi ABŞ prezidenti Co Bayden detalları açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Livan Silahlı Qüvvələri 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdiriləcək və bu bölgənin nəzarətini təmin edəcək.
ABŞ-nin Hizbullahın müqaviləni pozduğu aşkar edilərsə, İsrailə yenidən hücum etmək hüququ verərək, müqavilənin mətnində olmayan öhdəlik götürdüyü iddia edilir.
ABŞ prezidenti Co Baydenin Livan və İsrail hökumətlərinin təsdiqindən sonra elan etdiyi atəşkəs razılaşması yerli vaxtla saat 04.00-da (Bakı vaxtı ilə 06.00) qüvvəyə minib.
Bayden Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhəddinə yerləşdiriləcəyini və bu bölgəyə nəzarəti təmin edəcəyini bildirib. Razılaşmanın Hizbullah ünsürlərinin sözügedən bölgədən tərksilah edilməsini və Litani çayının şimalına keçməsini nəzərdə tutduğunu qeyd edən Bayden, İsrail əsgərlərinin 60 günlük müddət ərzində mərhələli şəkildə bölgədən çəkiləcəyini bildirib.
O, həmçinin bildirib ki, bu prosesdə heç bir Amerika əsgəri Livanda xidmət etməyəcək. ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəkləyəcək.
Bayden qeyd edib ki, İsrailin hücumları nəticəsində didərgin düşən livanlılar və İsrailin şimalındakı yəhudi köçkünlər öz evlərinə dönə biləcəklər.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə uyğun olaraq, Livana silah satışı və ya Livan daxilində silah istehsalı bu qrupların Livanda yenidən silahlanmasının qarşısını almaq üçün Livan hökuməti tərəfindən nəzarət ediləcək. Digər tərəfdən mətbuatda yer alan başqa bir iddiaya görə, "ABŞ müqavilənin mətnində olmayan və Hizbullahın müqaviləni pozduğu aşkar edilərsə, İsrailə yenidən hücum etmək hüququ verən öhdəlik götürüb".
Oxşar xəbərlər
"Qazprom"un səhmləri tarixi minimuma enib
Rusiyanın "Qazprom" şirkətinin səhmləri rublun dəyərdən düşməsi fonunda bir səhm üçün 1 dollara qədər ucuzlaşıb. Bu barədə "investing.com" portalı məlumat yayı...