İsrail və Livan arasında atəşkəs əldə olundu
İsrail və Livan nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılığa gəliblər.
BAKU.WS xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanata görə, iyunun 2-3-də baş tutan görüşlər zamanı tərəflər bölgədə sabitliyin təmin olunmasına yönəlmiş bir sıra öhdəliklər üzərində anlaşma əldə ediblər.
Razılaşma çərçivəsində Livanın "Hizbullah" hərəkatının atəşi tam dayandırması və silahlı qüvvələrini Litani çayının cənubundan çıxarması nəzərdə tutulur.
Sənəddə həmçinin qeyd edilir ki, Livan hökuməti ölkə ərazisində dövlət nəzarətini gücləndirmək məqsədilə ABŞ-nin dəstəyi ilə Silahlı Qüvvələrinin imkanlarının artırılması istiqamətində addımlar atacaq.
Bununla yanaşı, "Hizbullah" razılaşmaya ehtiyatlı münasibət sərgiləyib. Hərəkatın Siyasi Şurası sədrinin müavini Mahmud Qəmati bildirib ki, heç bir xarici qüvvə Livan müqavimətini tərksilah etməyə məcbur edə bilməz.
Onun sözlərinə görə, ABŞ və İsrailin bu istiqamətdəki cəhdləri nəticəsiz qalacaq və müqavimət qüvvələri fəaliyyətini davam etdirəcək. Qəmati silahlanma məsələsinin Livanın daxili işi olduğunu vurğulayaraq, xarici tərəflərin bu mövzuda qərar vermək səlahiyyətinə malik olmadığını qeyd edib.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...