İsrail Tehran hava limanının müdafiə və aşkarlama sistemlərini məhv edib
04
mar
2026
18:25
İsrail Hərbi Hava Qüvvələri Tehranın "Mehrabad" hava limanının ərazisindəki hədəflərə zərbə endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aviazərbələrin onuncu dalğası zamanı İsrail qırıcıları "Mehrabad" hava limanının ərazisindəki infrastruktura hücum edib.
İsrail tərəfinin məlumatına görə, əməliyyat nəticəsində İran hökumətinin istifadə etdiyi və İsrail aviasiyası üçün təhlükə yaratdığı iddia edilən hava hücumundan müdafiə və aşkarlama sistemləri sıradan çıxarılıb.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...