İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib
01
avq
2026
22:22
İsrail hərbçiləri Qəzza zolağına yeni silsilə zərbələr endiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
Zərbələrin hədəfi HƏMAS hərəkatının bölmələri üçün nəzərdə tutulan silahların saxlanıldığı iddia edilən obyektlər olub.
Ümumilikdə beş anbara hücum edilib. Ordudan verilən məlumata görə, orada "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatları və digər hərbi ləvazimatlar olub.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış ü...