İsrail Livanda 50-dən çox yaşayış məntəqəsinə xəbərdarlıq edib

İsrail Livanda 50-dən çox yaşayış məntəqəsinə xəbərdarlıq edib
Dünya 42

İsrail ordusu Livanın cənubu və Bəkaa vadisində yerləşən 50-dən artıq kənd və qəsəbənin hədəf alına biləcəyi barədə xəbərdarlıq yayıb. Sakinlərə əraziləri dərhal tərk etmək çağırışı olunub.

BAKU.WS xəbər verir ki, İsrail Ordu sözçüsü Ella Vavaya videomüraciətində bildirib ki, qeyd olunan ərazilər hərbi əməliyyat zonasına daxil edilə bilər. Onun sözlərinə görə, bölgə sakinləri ən azı 1000 metr uzaqlıqda açıq sahələrə çəkilməlidirlər.

Xəbərdarlıqdan sonra minlərlə nəfər Livanın cənubundan və Bəkaa vadisindən ölkənin şimal istiqamətinə hərəkət etməyə başlayıb. Yollarda nəqliyyat sıxlığı yaranıb.

İsrail tərəfi daha əvvəl Livan ərazisindən raket atıldığını açıqlamışdı. Bundan sonra ölkənin şimal bölgələrində hava həyəcan siqnalları işə düşüb.

İsrail ordusu Hizbullah qüvvələrini hədəf aldığını bəyan edib və Livan ərazisində hava zərbələri endirildiyini bildirib. Paytaxt Beyrut şəhərində partlayış səslərinin eşidildiyi qeyd olunur.

Məlumata görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından sonra Livan istiqamətindən İsrailə ilk hücum qeydə alınıb.

Son xəbərlər