İran ordusunun neçə komandirinin həlak olduğu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin İrana endirdiyi zərbələr nəticəsində ən azı 20 yüksək rütbəli İran komandiri həlak olub.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə də olub.
Bundan əvvəl İsrail ordusunun zabitləri müdafiə naziri İsrael Katsa hesabat verərək bildiriblər ki, İsrailin İran ərazisindəki obyektlərə endirdiyi zərbələr nəticəsində İranın Hərbi Hava Qüvvələrinin əksər komandirləri həyatını itirib.
13 iyun tarixində İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. Həmin zərbələr nəticəsində SEPAH-ın komandanı Hüseyn Səlami və bir neçə nüvə alimi də öldürülüb. İsrailin baş naziri Binyamin Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...