İsrail HƏMAS komandirini öldürdü
28
apr
2026
20:49
İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" briqadasının komandiri İyad Əş-Şanbari öldürülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, İsrailin Qəzzada nəqliyyat vasitəsini hədəf alması nəticəsində həlak olub.
Bildirilir ki, hücum zamanı komandirin oğlu Salah da öldürülüb. İsrailin hücumu zamanı xeyli sayda insanın yaralandığı qeyd edilir.
Xatırladaq ki, 2025-ci il oktyabrın 10-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Oxşar xəbərlər
Yunanıstanda meşə yanğınları başlayıb
Yunanıstanın Salamina adasında, Volos və Attika bölgələrində meşə yanğınları baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib...