İsrail Baş naziri Netanyahu ABŞ-də
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gedib. İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon Netanyahunu Merilenddə yerləşən Andrews Hərbi Hava Bazasında qarşılayıb.
BAKU.WS xəbər verir ki, trt haber-in məlumatına görə, Danon görüşün İsrail və ABŞ arasındakı strateji tərəfdaşlığı daha da dərinləşdirəcəyini bildirib.
Netanyahu sabah ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə, çərşənbə axşamı isə Prezident Donald Tramp ilə görüşəcək. Görüşlərin əsas mövzularının Qəzza, əsirlər və İran olacağı gözlənilir.
Səfər öncəsi Netanyahu, İsrailin HƏMAS və Hizbullaha qarşı hücumları ilə Orta Şərqdə geosiyasi mənzərəni dəyişdirdiyini və Trampın dəstəyi ilə bu dəyişiklikləri daha da gücləndirə biləcəyini bildirib.
Oxşar xəbərlər
Tramp növbəti dəfə Netanyahunun müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp yenidən İsrailin baş naziri Benjamin Netanyahunun müdafiəsinə qalxaraq onun əfv olunması ilə bağlı çağırış edib. BAKU.WS xəbər verir...