İspaniyanın baş naziri Trampın təhdidlərinə iki sözlə cavab verdi
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın təhdidlərinə "müharibəyə yox!" sözləri ilə cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Sançes bildirib ki, İspaniya ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəstəkləmir və bu addımı fəlakət adlandırıb. Onun sözlərinə görə, bu mövqeni bir çox hökumətlər və milyonlarla insan bölüşür.
Baş nazir bu açıqlamanı Trampın İrana qarşı əməliyyat üçün İspaniyanın birgə idarə olunan hərbi bazalarından istifadəyə icazə verməməsi fonunda səsləndirib. ABŞ Prezidenti Madridin mövqeyini "dəhşətli" adlandıraraq bildirib ki, Vaşinqton istədiyi halda həmin bazalardan istifadə edə bilər.
Bundan əvvəl Tramp İspaniyanın müdafiə xərclərini artırmaqdan imtina etməsi səbəbilə ABŞ-nin bu ölkə ilə ticarəti dayandıra biləcəyi ilə də hədələyib.
Oxşar xəbərlər
Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var
Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb. BAKU.WS Oxu.Az-a istina...