İshaq Dar İslamabad görüşü barədə Əraqçini məlumatlandırıb
Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında şənbə günü telefon danışığı baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, söhbət zamanı ABŞ və İsrailin İrana hücumları müzakirə olunub.
"Region ölkələri və beynəlxalq ictimaiyyət ABŞ ilə İsrailin qanunsuz hücumları və beynəlxalq hüquq normalarına zidd addımlarına etiraz etməlidir", - A. Əraqçi bildirib.
İ. Dar isə İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü pisləyib:
"Müharibəni dayandırmaq üçün səy göstəririk. İslamabadda Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin dördtərəfli görüşü də buna hesablanıb".
Pakistanın XİN rəhbəri region ölkələrinin səyləri ilə müharibənin dərhal dayandırılması, eləcə də regiona təhlükəsizlik və sabitliyin qayıtmasına ümid etdiyini bildirib.
Sözügedən telefon danışığı barədə daha əvvəl Pakistan XİN məlumat yaymışdı.
Qeyd edək ki, İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayıb.
Oxşar xəbərlər
Rusiya ordusu Xarkovda daha bir yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdüyü iddia olunur. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi m...