İraqın nüfuzlu alimi xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın nüfuzlu şiə alimi Ayətullah Seyid Əli Sistani İran rəhbərliyini hədəf almamaq barədə xəbərdarlıq edib.
BAKU.WS "The Times of İsrael"ə istinadən xəbər verir ki, o, İran-İsrail müharibəsinin bütün regionu xaosa sürükləyə biləcəyini vurğulayıb.
"Biz İranın yüksək səviyyəli dini və siyasi liderlərini hədəfə alacaq hər hansı təhlükəyə qarşı xəbərdarlıq edirik. Bu cür cinayətkar addımın atılması bütün regiondakı vəziyyət üçün çox ağır nəticələri olacaq;
Biz beynəlxalq aktorları və dünya ölkələrini, xüsusən də İslam ölkələrini bu ədalətsiz müharibəni dayandırmaq üçün əllərindən gələni etməyə çağırırıq",-deyə iraqlı alimin bəyanatında qeyd olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...