İraqda terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Pençe-Yıldırım" əməliyyat bölgəsində keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sayda silah - sursat, o cümlədən maddi sübut ələ keçirilib.
Onların arasında 1 ədəd M-15 avtomatı, 3 ədəd AK-47 avtomatı, 10 ədəd daraq, 5 ədəd əl bombası, 1 ədəd durbin, 2 ədəd radio. 4 ədəd səsyazan, 1 ədəd planşet, 1 ədəd poverbank, yaddaş kartları və müxtəlif sənədlər var.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...