İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu
İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emaminin sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Səhər Emami fikirlərini "X" sosial şəbəkəsində paylaşıb.
O, İran bayrağı fonunda nüvə partlayışını əks etdirən bir şəkil paylaşaraq, "Tezliklə..." sözünü yazıb.
Bu qısa, lakin simvolik paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu İranın mümkün nüvə mesajı kimi qiymətləndirib, digərləri isə siyasi və ya simvolik jest kimi şərh ediblər.
Qeyd edək ki, Səhər Emami ötən ay İsrailin İran dövlət televiziyasına raket hücumu zamanı yaralanmışdı.
Oxşar xəbərlər
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi İncirlik bazası ilə bağlı iddiaları təkzib edib
Bəzi sosial media hesablarında yer alan ABŞ-yə məxsus "B-1B Lancer" bombardmançı təyyarələrinin İncirlik Hava Bazasında eniş və uçuş etməyə davam etdiyi ilə bağ...