İranın İsrailə raket hücumu nəticəsində 60 nəfər yaralandı
İranının İsrailin şimalına üçüncü ballistik raket hücumu nəticəsində təxminən 60 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Qeyd edilib ki, qəlpələrdən orta dərəcədə yaralanan bir nəfər və şüşə qırıntılarından xəsarətlər alan 57 nəfər tibbi müalicə üçün yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İsrail Yanğından Mühafizə və Xilasetmə İdarəsinin bu sabah yaydığı məlumata əsasən, "Nof Qalileya" stansiyasından yeddi yanğınsöndürmə qrupu hadisə yerinə cəlb olunub.
Rəsmi məlumatlara görə, raket dörd evin yaxınlığına düşüb, evlərdən birinə, eləcə də bir neçə avtomobilə ciddi ziyan vurub.
Hadisə yaxınlıqdakı binada da yanğına səbəb oldu və yanğın tez bir zamanda açıq sahəyə yayılıb.
Yaralılar arasında qocalar, uşaqlar və gənclər var.
İsrail Müdafiə Nazirliyi hadisənin araşdırıldığını bildirib.
Oxşar xəbərlər
İsrail İranın 200-dən çox hədəfinə zərbə endirib - ANBAAN VİDEO
İsrail İranın mərkəzi və qərbində 200-dən çox hədəfə zərbə endirib. BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Birdirilib ki, İs...