İranda həyatını itirən generalların adları açıqlandı
ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hücumlar nəticəsində həyatını itirən iranlı yüksək rütbəli zabitlərin adları yayılıb.
BAKU.WS xəbər verir ki, məlumatı İranın "Tasnim" agentliyi dərc edib.
Siyahıya əsasən, ölənlər arasında Silahlı Qüvvələrin və Ali Baş Komandanlıq aparatının bir sıra aparıcı simaları yer alır.
Həlak olan generallar:
General-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri
General-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin kəşfiyyat üzrə müavini
General-mayor, pilot Möhsün Dərəbaği – təminat və logistika üzrə müavin
General-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisi rəhbərinin müavini
General-mayor Qulamrza Rzaiyan – FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri
General-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat planlaşdırma şöbəsinin rəisi
General-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri
Hadisə regionda artan hərbi gərginlik fonunda baş verir və tərəflər arasında qarşıdurmanın daha da dərinləşə biləcəyi ehtimal edilir.
Oxşar xəbərlər
Dünya birjalarında neft qiymətləri kəskin şəkildə artdı
İran və İsrailin Yaxın Şərqdə hücumlarını artırması, tankerlərə zərər verməsi dünyada neft qiymətlərini kəskin şəkildə artırıb. BAKU.WS "Lenta.ru"ya istinadən x...