İranda hərbi rəhbərlikdə yeni təyinatlar - Müctəba Xameneidən fərman
Yeniliklərdən dərhal xəbərdar olun
İranda Silahlı Qüvvələr və İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) bir sıra yüksək vəzifələrə yeni təyinatlar olub.
BAKU.WS xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xamenei bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, SEPAH generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə onun müavini təyin edilib.
Əhməd Vahidiyə general-mayor rütbəsi verilib və o, SEPAH-ın baş komandanı vəzifəsinə təsdiqlənib. Mustafa İzədi isə onun müavini təyin olunub.
Bundan əlavə, Əli Əzmai SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, Hüseyn Taib isə "Bəsic" təşkilatının rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Əhməd Vahidi martın 1-dən SEPAH komandiri vəzifəsini müvəqqəti icra edirdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...