İranda fevralın 28-dən bəri 1255 nəfər ölüb, 12 mindən çox insan yaralanıb
İranda fevralın 28-dən etibarən davam edən hərbi əməliyyat nəticəsində 1255 nəfər həyatını itirib, 12 mindən artıq şəxs yaralanıb.
BAKU.WS xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əli Cəfərian "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bəyan edib. Daha sonra ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da əməliyyatda iştirak etdiyini açıqlayıb.
Rəsmi Tehran isə cavab olaraq İsrail ərazisinə onlarla ballistik raket atıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldüyü barədə məlumat yayılıb.
Bununla yanaşı, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə də raket zərbələri endirib. Təhlükəsizlik səbəbilə həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.
Oxşar xəbərlər
İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon
ABŞ Müdafiə Nazirliyi İranla davam edən hərbi əməliyyatların ümumi xərclərinin təxminən 25 milyard dollara yüksəldiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, "Epik...