İranda 97 nəfər "İsrail əsgəri" adlandırılaraq həbs edilib
İranda İsraillə əməkdaşlıq etməkdə ittiham olunan 97 nəfər həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə İranım dövlət mediası məlumat yayıb.
İranın kəşfiyyat nazirliyi müharibənin başlanğıcından bəri İsrail və ABŞ ilə əlaqədə olmaqda şübhəli bilinən yüzlərlə insanın saxlanıldığını, son təhlükəsizlik əməliyyatı çərçivəsində 97 nəfəri "İsrail əsgəri" adlandıraraq həbs edildiyini bildirib.
Qeyd edilib ki bu, müharibənin başlanğıcından bəri yüzlərlə insanın İsrail və ABŞ-la əlaqədə olduğu iddiası ilə saxlanılması ilə nəticələnən son təhlükəsizlik əməliyyatıdır.
Daha əvvəl dövlət mediası Əlborz əyalətinin polis komandirinə istinadən xaricdə yerləşən müxalifət media kanallarına video göndərdiyinə görə 41 nəfərin həbs olunduğunu bildirib.
Oxşar xəbərlər
Hakerlər süni intellekt müdafiəsi əleyhinə nüvə silahının hazırlanmasına dair sorğulardan istifadə edirlər
"Socket" şirkətinin kibertəhlükəsizlik sahəsindəki tədqiqatçıları proqram təminatı təchizat zənciri vasitəsilə hücumlar üçün nəzərdə tutulmuş yeni "Hades" zərər...