İran İsrailə qarşı hərbi əməliyyatları başa çatdırdığını açıqlayıb

İran Xarici İşlər Nazirliyi İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların iyunun 24-ü səhər saat 04:00-da sona çatdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir qeyd edib ki, güclü Silahlı Qüvvələrin İsrailin təcavüzünə cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar səhər saat 4-ə qədər, son dəqiqəyə qədər davam edib.
Abbas Araqçi həmçinin ölkənin təhlükəsizliyini son nəfəsinə qədər qorumağa hazır olan və düşmən hücumlarına dərhal cavab verən İran ordusuna təşəkkürünü bildirib.
The military operations of our powerful Armed Forces to punish Israel for its aggression continued until the very last minute, at 4am.
— Seyed Abbas Araghchi (@araghchi) June 24, 2025
Together with all Iranians, I thank our brave Armed Forces who remain ready to defend our dear country until their last drop of blood, and who…
Oxşar xəbərlər
KİV: İran və "Avropa Üçlüyü"nün Cenevrədəki bugünkü görüşü nəticəsiz qalıb
İran və "Avropa Üçlüyü" nümayəndələrinin bu axşam Cenevrədəki görüşü nəzərəçarpacaq irəliləyiş olmadan baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...
