İran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI
"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın IRIB dövlət telekanalı Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir.
Qeyd edilir ki, qeyri-hərbi gəmilər də boğazı yalnız İran hərbçiləri ilə qarşılıqlı əlaqə şəraitində keçə bilərlər.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Livan və İsrail arasında əldə olunmuş atəşkəslə əlaqədar Hörmüz boğazı kommersiya gəmilərinin keçidi üçün açılıb.
Oxşar xəbərlər
ABŞ-İran danışıqlarında ciddi irəliləyiş əldə olunub - Cey Di Vens
İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında mühüm nəticələr əldə olunub. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib....