İran Hayfada NEZ-ə və elektrik stansiyasına hücum edib
İran İsrailin Hayfa şəhərindəki ən böyük neft emalı zavoduna (NEZ) və elektrik stansiyasına bir neçə raket zərbəsi endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, İranın üç dalğa halında endirdiyi raket zərbələri Hayfa, İsrailin şimalı və Təl-Əvivə təsir edib.
Raket zərbələri Hayfanın ayrı-ayrı rayonlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Qeyd edək ki, Hayfa NEZ İsrail yanacağının təxminən 50-60%-ni, o cümlədən dizelin təqribən 60%-ni və benzinin 50%-ni təmin edir. Zavod gündəlik təxminən 197 min barel neft emal edərək, ölkənin nəqliyyat, aviasiya və hərbi sektorunu yanacaqla təmin edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, bunun nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.
Oxşar xəbərlər
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
Qətər ilk gündən İsrailin İranın enerji infrastrukturuna zərbələr endirməsini pisləyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qətər Dövlətinin Baş na...