İran bu səbəbdən BƏƏ-dən təzminat istəyir
İran ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) torpağından endirdiyi zərbələrə görə BƏƏ-dən təzminat istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq arenadakı qanunsuz hərəkətləri beynəlxalq hüquqa əsasən məsuliyyətə səbəb olub. Bu səbəbdən dəymiş ziyanın ödənilməsini tələb edilir.
Əmir Səid İrəvani bu barədə BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
"Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq arenadakı qanunsuz hərəkətləri beynəlxalq hüquqa əsasən məsuliyyətə səbəb olub və İrana dəyən bütün maddi itkilərə görə kompensasiyanın ödənilməsi də daxil olmaqla, zərərin ödənilməsini tələb edir" - deyə "NourNews" agentliyi İran səfirinin məktubda dediyi sözləri sitat gətirib.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...