İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazı yalnız İrana qarşı hərbi əməliyyatlarda iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.
"Bu su yolu İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır və qərar beynəlxalq hüququn prinsiplərinə əsaslanır, İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirmək üçün Hürmüz boğazından sui-istifadənin qarşısını almaq məqsədi güdür", - o deyib.
Əraqçi bildirib ki, digər ölkələrə məxsus gəmilərin hərəkəti İranın səlahiyyətli orqanları ilə razılaşdırılmaqla həyata keçirilir:
"ABŞ-İsrail və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribat xarakterli hərəkəti vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək".
Oxşar xəbərlər
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. BAKU.WS "Repor...