İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının fövqəladə iclasının keçirilməsini istəyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının missiyası "X" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda bildirilir ki, fevralın 28-dən başlayan İsrail və ABŞ-nin davam edən hücumları fonunda Vyanadakı nümayəndəlik MAQATE-nin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda agentliyin İdarəçilər Şurasının təcili iclasının çağırılmasını tələb edir.
Oxşar xəbərlər
İran Hörmüz boğazında 4 tankerin minaya düşərək partladığını bildirib
Hörmüz boğazında son bir neçə saat ərzində azı 4 neft tankerinin minaya düşərək partladığı və alışdığı bildirilir. BAKU.WS "Al Jazeera"ya istinadən xəbər verir...