İqlim böhranı Avropada 250 min insanı öldürə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İqlim dəyişikliyi insan sağlamlığı üçün əsas qlobal risklərdən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 2030–2050-ci illərdə iqlim dəyişikliyi hər il təxminən 250 min əlavə ölümə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, Avropada iyunun sonunda qeydə alınan anomal istilər təhlükənin miqyasını göstərib. İyunun 20-dən 28-dək Fransa, Belçika və Niderlandda isti hava dalğası ilə əlaqədar ən azı 3 700 əlavə ölüm qeydə alınıb.
Yüksək temperatur xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və açıq havada çalışanlar üçün təhlükəlidir. İsti hava ürək-damar və tənəffüs problemlərinin, susuzlaşmanın və digər sağlamlıq risklərinin artmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi yalnız temperatur artımı ilə məhdudlaşmır. Meşə yanğınlarının tüstüsü, hava çirkliliyi, su və ərzaq təhlükəsizliyi də insan sağlamlığına təsir göstərir.
Azərbaycanda da isti hava dalğalarının artdığı bildirilir. 2025-ci ildə ölkə üzrə bir sıra ərazilərdə isti hava dalğalarının sayı uzunmüddətli normadan yüksək olub.
Oxşar xəbərlər
İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir
İran qonşu ölkələrdən turist axınını artırmaq üçün sərhəd bölgələrinin imkanlarından istifadə etməlidir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın...