İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb
İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında, keçən ilin iyul ayında fələstinli Saif Musalettin köçkünlər tərəfindən öldürülməsinin birinci ildönümü münasibətilə reportaj hazırlamağa gedən vaxt olub. Telekanalın məlumatına görə, CNN-in çəkiliş qrupu və digər jurnalistlər ərazidən ayrılmağa çalışarkən, dörd köçkündən ibarət qrup avtomobillərlə yolu bağlayıb.
Onlar taxta, metal çubuqlar və daşlarla silahlanaraq jurnalistlərin olduğu avtomobillərə soxulmağa çalışıblar. Hadisə yerinə gələn polis və İsrail hərbçiləri dörd şübhəlini saxlayıblar və cinayət alətlərini müsadirə ediblər.
"İsrail polisi və İsrailin Müdafiə Ordusu istənilən zorakılığa və ya əmlaka ziyan vurulmasına ciddi yanaşır, xüsusən söhbət öz işlərini görən media əməkdaşlarından gedirsə", - polisin açıqlamasında bildirilir.
İsrail rəhbərliyinin zorakılığa qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı açıqlamalarına baxmayaraq, Qərb sahilində məskunlaşanlar tərəfindən ərazidə yaşayış məntəqələrinin genişlənməsi fonunda aqresiyada artım müşahidə olunur.
Oxşar xəbərlər
Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir...