İngiltərənin cənubunda məscidə qarşı hücum: binada yanğın baş verib

İngiltərənin cənubundakı Pisheyven şəhərində (Şərqi Sasseks qraflığı) naməlum şəxslər tərəfindən məscidə qarşı hücum törədilib.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində ibadət yerində yanğın baş verib və polis hadisəni nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.
Sasseks polisinin yaydığı rəsmi məlumata görə, təcili yardım xidmətlərinə Fillis prospektində yerləşən binada yanğınla bağlı çağırış daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qısa müddətdə nəzarətə ala biliblər.
Yanğın nəticəsində məscidin əsas giriş hissəsi və yaxınlıqda dayanmış bir avtomobil zərər görüb, lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Hazırda polis hadisə ilə bağlı şahid ifadələrini toplayır və ətrafdakı müşahidə kameralarının görüntülərini araşdırır. Məsul şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Bu hadisə son aylarda Böyük Britaniyada dini zəmində baş verən hücumların artdığına dair narahatlıqları yenidən gündəmə gətirib.
Oxşar xəbərlər
Çində çikunqunya virusuna 3 mindən çox yeni yoluxma qeydə alınıb
Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma qeydə alıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...
