İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bu, sutka ərzində adada qeydə alınan artıq üçüncü zəlzələdir. Daha əvvəl İndoneziya sahillərində 7,7 və 6,8 maqnitudalı iki zəlzələ nəticəsində 47 nəfərin öldüyü bildirilmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...