İlon Mask tarixdə ilk trilyonçu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı iş adamı İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində tarixdə sərvəti 1 trilyon dollar həddini keçən ilk şəxs olub.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, "SpaceX" IPO çərçivəsində rekord həcmdə – 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.
Şirkət iyunun 11-də birjada yerləşdirilmə ərəfəsində səhmlərinin qiymətini və həcmini açıqlayıb. Məlumata görə, hər bir səhm 135 dollar qiymətlə satışa çıxarılıb və ümumilikdə 555 milyon 555 min 555 səhm təklif edilib.
Qeyd edək ki, "SpaceX" səhmləri iyunun 12-dən etibarən "Nasdaq" elektron birjasında "SPCX" tikeri ilə ticarət olunacaq.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...