İlon Mask seçki öncəsi milyon dollarlıq çeklər payladı

İlon Mask Viskonsin Ali Məhkəməsi seçkiləri öncəsi iki seçmənə 1 milyon dollarlıq çek verərək onları siyasi qrupunun sözçüsü elan edib. O, bu seçkilərin Donald Trampın gündəliyi və ABŞ-nin gələcəyi üçün kritik olduğunu bildirib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Mask və tərəfdarları mühafizəkar namizəd Bred Şimelə dəstək üçün 20 milyon dollardan çox vəsait xərcləyib. Seçkilərin nəticələrinin hətta Konqresdəki güc balansına təsir edə biləcəyi vurğulanıb.
Viskonsin Baş Prokuroru Maskın hərəkətinin qanunsuz olduğunu bildirsə də, Ali Məhkəmə bu şikayəti rədd edib. Seçki kampaniyalarına rekord səviyyədə – 81 milyon dollardan çox vəsait ayrıldığı bildirilir.
Oxşar xəbərlər
Dünyada 4 günlük iş həftəsi modelinə HANSI ÖLKƏLƏR KEÇİB?
Son illər dünyanın bir sıra ölkələrində işçilərin iş-həyat balansını yaxşılaşdırmaq məqsədilə 4 günlük iş həftəsinə keçidlə bağlı təşəbbüslər həyata keçirilir....
